skip to Main Content
Ağciyər Absesi

Ağciyər absesi

Ağciyər absesi kəskin və xroniki gedişi ilə xarakterizə olunur. Kəaskin absesin klinikası ağır sepsis şəklində başlayır və iki dövrə bölünür. Birinci dövrdə absesin bronxla əlaqəsi hələlik olmur və bu səbəbdən xəstə bəlğəm xaric etmir, ikinci dövrdə abses bronxa açılır, irinli bəlğəm xaric olur. İkinci dövrdən başlayaraq ağciyər absesinin əsas simptomu qanla qarışıq irinli bəlğəmin xaric olmasıdır. İfraz olunan irinli bəlğəmin miqdarı abses boşluğunun böyüklüyündən asılıdır. Ağciyər absesində bəlğəm sarımtıl və ya sarımtıl-yaşıl rəngdə olub az şirniyyat qoxusu verir. Ağciyər qanqrenasında isə bəlğəm çox üfunətli olur.

Ağciyər absesinin klinikasının gedişi yüksək temperatur, üşütmə, tərləmə ilə xarakterizə olunur. T’empcratumn yüksəlməsi daimi olur, bəzən isə təkrarlanır. Abses boşluğunu drenaj edən bronxun tıxanması, irin və bəlğəmin kəsilməsi temperaturun yüksəlməsinə səbəb olur. Xəstələr əksər hallarda köks qəfəsinin müvafiq hissəsində ağrılardan şikayətləmrlər. Periferik qanda yüksək leykositoz (18000-20000) və irinli prosesə xarakter başqa dəyişikliklər olur. Əgər 6-8 həftə ərzində sağalma baş vermirsə, proses xroniki şəkil alır.

Ağciyərlərin xroniki absesi

Prosesin xroniki formaya keçməsinin əsas səbəblərindən orqanizmin müqavimətinin zəifləməsini, abses boşluğunun geniş olmasını və onun lazımi qədər bronxla drenaj olunmamasını, geniş perifokal iltihabi infiltrasiyanı, toxuma sekvestrlərini, plevra birləşmələrini və s. qeyd etmək olar. Bununla yanaşı müalicə tədbirləri tam olmadıqda proses xroniki şəkil ala bilir.

Klinik gedişi. Xroniki ağciyər absesinin əlamətləri bronxoektaziya, pnevmoskleroz, plevra birləşmələri ilə özünü biruzə verir. Uzunmüddətli intoksikasiya nəticəsində ürək əzələsində olan dəyişikliklər və kiçik qan dövranında təzyiqin artması ilə əlaqədar ürək əzələsinin işi artır. Xroniki hipoksiya vəziyyəti meydana çıxır və nəticədə xəstələrin 95%-də təbil çubuğuna bənzər barmaqlar nəzərə çarpır.

Diaqnostikası. Sadə klinik müayinələrlə (anamnez, ağciyərin fizikal müayinəsi, bəlğəmin xarakteri və s.) yanaşı, məsələnin dəqiqləşdirilməsi rejıtgenoskopiyanm. rentgenoqrafiyanm, sadə və ya kompyuter tomoqrafiyanm nəticəsindən də asılı olur. Absesin qapalı dövründə rentgenoloji müayinədə differensial diaqnostika asan olmur. Ağciyərin mərkəzində yerləşən homogen kölgəni bəzən xərçəng şişindən ayırmaq çətinlik törədir. Burada tomoqrafiyanı xəstənin müxtəlif vəziyyətlərində aparmaq lazım gəlir. Absesin bronxa boşalmasında və irinin xaric olunmasında xarakter rentgenoloji şəkil almır. Ağciyərdəki infiltrat fonunda və onun mərkəzində üfiqi maye səthi və hava olan oval, ya dairəvi boşluq absesi göstərir. Xəstənin müalicəsi prosesində rentgenoloji müavinənin bir necə dəfə təkrar edilməsi xəstəliyin kimik gediş irdə olan dəyişikliklərə ı abses boşluğumun kiçilməsi. möhtəviyyatın m:im aizriasmiarm əla rıiməs; və s. nəzarət etməyə imkan verir.

Xəstəliyin kəskin fazasında bronxoqrafiya məsləhət görülmədiyi halda, sonrakı mərhələlərdə onun differensial diaqnostik əhəmiyyəti böyükdür. Absesin bronxa açılmasından sonra, xüsusilə onun xroniki dövründə bronxoektaziya kimi ağırlaşmanın və ya bronxogen xərçəngin ola bilməsini aydınlaşdırmaq üçün bronxoqrafiya, KT, MR aparılır. Xəstəliyin bu dövründə angiopulmonoqrafiyanın da tətbiqi mümkündür. Məlumdur ki, xəstəliyin gedişində xəstənin ümumi vəziyyətinin kliniki nöqteyi-nəzərdən düzgün müəyyənləşdirilməsi, bəlğəmin bakterioloji və sitoloji müayinəsi, ürək-damar sisteminin funksional vəziyyəti, laborator müayinələrin nəticələri, həkim jrəzarəti və s. diaqnozun düzgün və vaxtında qoyulmasına kömək göstərən kompleks amillərdir.

Ağciyər absesi – müasir müalicə metodları

Ağciyər absesinin və qanqrenasınm müalicəsi. Açıq ağciyər abseslərinin vaxtında başlanmış müalicəsi xəstələrin əksəriyyətinin sağalmasına səbəb olur. Lakin prosesin xroniki formaya keçməsi, ağırlaşmaların (bronxoektaz, ağciyər fıbrozu, residivləşən qanaxmalar, empiema və s.) (şəkil 5.8.) olması konservativ müalicənin əhəmiyyətini azaldır. Müasir dövrdə antibiotiklərin tətbiqi ağciyər absesinin konservativ terapiyasına olan göstərişi xeyli genişləndirmişdir. Erkən antibakterial müalicə və mikrofloranın antibiotiklərə olan həssaslığını nəzərə almaq vacib məsələlərdəndir. İlk günlərdə xəstəliyi törədən mikroblar və antibiotikoqramma məlum deyildirsə, yüksək dozada (3000000-4000000 TV) pensillin və streptomisin təyin edilir. Göstərilən dozanın çox hissəsi vena daxilinə yeridilir. Müalicəni geniş spektr təsirə malik antibiotiklərdən (kefzol, seporin, kanamisin, sefamezin, rosefin, seftriakson və s.) başlamaq olar. ‘Antibiotiklərin bilavasitə abses boşluğuna yeridilməsi məqsədəuyğundur.

Açıq abseslərdə müalicənin müsbət nəticəsini əldə etmək üçün bronxoskopiya vasitəsilə abses boşluğunun sanasiyasmm əhəmiyyəti böyükdür. Antibiotiklərin endobronxial yolla (adətən, bronxoskopiya zamanı) abses boşluğuna fermentlərlə (tripsin, ximotripsin və s.) birgə yeridilməsi terapevtik nəticəni xeyli yaxşılaşdırır. Hər gün və ya günaşırı aparılan terapevtik bronxoskopiya zamanı abses boşluğunda toplanmış irin aspirasiya olunduqdan sonra boşluğa antibiotik və ya onun fermentlə qarışığı yeridilir. Eyni zamanda intoksikasiya əleyhinə aparılan infuzion terapiyanın xəstələrin sağalmasında əhəmiyyəti vardır. Aparılan kompleks müalicə 8-10 gün ərzində nəticə verməməsi və patoloji prosesin xroniki hal alması, xəstəliyin başlanma dövründən 6-8 həftə keçmiş əməliyyata göstərişdir. Ağciyər absesində və qanqrenasmda əməliyyatlar palliativ və radikal olur. Proqnostik nöqteyi-nəzərcə radikal operasiyalar (seqmentektomiya, lobektomiya və az halda pulmonektomiya) daha məqsədəuyğundur.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top