skip to Main Content
Ağciyər Xərçənginin Müasir Müalicəsi

Ağciyər xərçənginin müasir müalicəsi

Post Series: Ağciyər xərçəngi

Ağciyər xərçənginin müalicəsi müasir metodlarla necə aparılır?

Ağciyər xərçənginin müalicəsi xəstəliyin mərhələsinin düzgün təyin edilməsindən asılıdır. Ağciyər xərçəngindən sağalma ancaq cərrahi metodla mümkündür. Şüa ilə müalicə xəstənin vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırır, bəzi hallarda isə həyatını nisbətən uzadır. Ağciyər xərçənginin kimyəvi terapiyasında əldə edilən nəticələr hələlik o qədər də kafi deyildir. Ağciyər xərçənginin cərrahi müalicəsi və onun müxtəlif həcmdə aparılması şişin lokalizasiyasından, yayılma dərəcəsindən, xəstənin yaşından, yanaşı xəstəliklərdən və s. faktorlardan asılıdır. Əməliyyata göstərişin düzgün seçilməsi bəzən çətinlik törədir, burada əks-göstərişləri aydınlaşdırmaq lazım gəlir.

Birinci qrup əks-göstərişlər onkoloji səbəblərə əsaslanır. Belə ki, uzaq orqanlarda, digər ağciyərdə, divararalığında, limfa düyünlərində metastazın olduğu, şiş prosesinin plevraya yayıldığı, divararalığı orqanlarının sıxıldığı (yuxarı boş vena sindromu, qayıdan sinirin iflici), şişin köks boşluğu orqanlarına (traxeya, aorta, köks divarı) böyük sahədə birləşdiyi hallarda əməliyyat məqsədəuyğun deyil.

İkinci qrup əks-göstərişlər xəstənin ümumi vəziyyəti ilə əlaqədardır. Orqanizmin kompensator imkanlarının düzgün nəzərə alınmaması əməliyyatdan sonra bir çox ağırlaşmaların meydana çıxmasına səbəb olur. Burada digər ağciyərin, ürək-damar sisteminin funksional vəziyyətini, yanaşı gedən xəstəlikləri və onların əməliyyatın gedişinə, sonrakı dövrdə xəstənin vəziyyətinə nə dərəcədə təsir göstərəcəyini nəzərə almaq lazımdır. Bu məsələlərin araşdırılmasına həkimin böyük məsuliyyət hissi ilə yanaşması tələb edilir. Əməliyyata olan göstərişin düzgün təyin edilməməsi əməliyyatdan sonra ağırlaşmaların inkişafına və bəzən də xəstənin ölümünə səbəb olur. Əksinə, əgər əməliyyatdan əsassız imtina edilirsə, deməli, xəstə sağalmasında yeganə ümid doğuran radikal metoddan məhrum olunur.

Bronxospirometriya

Əməliyyata olan göstərişin və əməliyyatın həcminin müəyyən edilməsində bronxospirometriyanın böyük əhəmiyyəti vardır. Bu müayinə zamanı xəstə ağciyəri tənəffüs aktından kənar etməklə (həmin ağciyərin əsas bronxunun tıxaclanması vasitəsilə) sağlam sayılan ağciyərin funksional vəziyyətini öyrənmək olur. Beləliklə, əməliyyatdan əvvəl sağlam ağciyərin kompensator imkanları müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, ağciyər xərçənginin müalicəsi zamanı radikal əməliyyat az hallarda mümkün olur. Belə vəziyyət bir çox səbəblərdən asılıdır. Əvvəla, diaqnozun xəstəliyin gec mərhələsində qoyulması, bir çox yanaşı xəstəliklər və funksional çatmamazlıqlar radikal əməliyyata imkan vermir. Digər tərəfdən, xəstəliyin erkən mərhələsində (simptomlar olmadığı zaman) bir qrup xəstələr əməliyyata razılıq vermirlər.

Radikal əməliyyatlara – pulmonektomiya yə ya lobektomiyaya göstəriş şişin lokalizasiyasından asılıdır. Xərçəng şişinin mərkəzi lökalizasiyası və bronxopulmonal limfa düyünlərində metastaz pulmonektomiyaya göstərişdir. Pulmonektomiya patologiyaya uğramış ağciyərin regional limfa düyünlərdə (bifurkuasiya nahiyəsində yerləşən limfa düyünləri daxil olmaqla) birgə çıxarılmasından ibarətdir. Lobektomiya, adətən, xərçəng şişinin periferik lokalizasiyasmda aparılır. Bu əməliyyat zamanı da traxeobronxial və bifurkuasiya nahiyəsi limfa düyünlərinin çıxarılması radikallıq nöqteyi-nəzərdən vacibdir.

Ağciyər xərçəngində şüa müalicəsi

Şiş parçalandıqda, eksudativ plevritlə ağırlaşdıqda, uzaq uzaq metastazlar olduğu dövrdə və xəstənin ümumi vəziyyəti ağırlaşdıqda (kaxeksiya, ürək-damar çatmamazlığı və s.) şüa müalicəsi əks-göstərişdir. Şüa müalicəsində məqsəd radiasiyanın təsiri ilə şiş hüceyrələrini və toxumasım məhv etməkdir. Ağciyər xərçənginin müalicəsi prosesində seçim olaraq şüa müalicəsi, adətən, orqanizmin müqavimətini artıran və onu möhkəmləndirən ümumi tədbirlərlə (infuziya terapiyası, vitaminlər) birgə aparılır. Şüalanmaya ehtiyacı olan toxuma həcminin optimal müəyyənləşdirilməsi və şiş nahiyəsinə lazımi dozanın verilməsini təmin edən metodun seçilməsi şüa müalicəsinin əsas şərtlərindəndir. Şüalanmadan müsbət nəticənin əldə edilməsi üçün şiş nahiyəsinə və divararalığına ümumi olaraq yerli doza 60-70 Qr təşkil edir. Şüa iki əks sahədən verilir. Şüa ilə müalicə 6-7 həftə davam etdirilir (həftədə 5 gün və hər dəfə 2 Qr.).

Ağciyər xərçəngində kimyaterapiya

Ağciyər xərçəngində tətbiq olunan kimyəvi dərmanlarla müalicə radikal olmasa da, xəstələrə əziyyət verən əlamətlərin azalmasına və ömürlərinin nisbətən uzadılmasına imkan verir. Böyük hüceyrəli xərçəng şişlərinin kimyəvi preparatlara az həssaslığını nəzərə alaraq monokimyəvi müalicə tətbiq olunmur. Bu baxımdan neoadyuvant kimyəvi terapiya daha effektlidir. Hazırkı dövrdə ağciyər xərçənginin kimyəvi müalicəsində platin preparatlarının kombinasiyası + taksanlar + sisplatin + vinorelbin daha əlverişli hesab olunur. Lakin kimyəvi preparatların rentgenoterapiya ilə birgə tətbiqindən alman bilavasitə terapevtik nəticə nisbətən yaxşı olub, şişin inkişafının qarşısını bir müddət alır.

Son zamanlar klinik yoxlama mərhələsində olan fotodinamik müalicə diqqəti cəlb edir (M.İ.Kuzin). Metodun mahiyyəti xüsusi uzunluğu olan lazer şüalan ilə şişin şüalanması nəticəsində şiş toxumasında fotosensibilizatorların toplanmasına, xərçəng şişi hüceyrələrini məhv edən aktiv radikalların əmələ gəlməsinə, şişi qidalandıran damarların trombozuna, şiş hüceyrələrinin nekrozuna əsaslanmışdır. Göstərildiyi kimi, bu metod hələlik klinik yoxlama mərhələsindədir.

  • Proqnostik nöqteyi-nəzərcə ağciyər xərçəngində vəziyyət o qədər də yaxşı deyildir. Radikal əməliyyat olunan xəstələr arasında 5 il və daha çox yaşayanlar orta hesabla 30-35% təşkil edir. Xəstəliyin I mərhələsində bu göstərici 85-90%, II mərhələdə 60% təşkil edir. Ağciyər xərçəngində aparılan əməliyyatlardan sonrakı dövrdə də ölüm faizi yüksəkdir və orta hesabla 10-12% təşkil edir.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top