skip to Main Content
Ağciyər Xərçənginin Diaqnostikası

Ağciyər xərçənginin diaqnostikası

Post Series: Ağciyər xərçəngi

Ağciyər xərçənginin diaqnostikası – Müasir baxış

Ağciyər xərçənginin diaqnostikası xəstəliyin erkən mərhələsində asan olmur. Son zamanlar diaqnostik imkanların xeyli artmasına, onkoloji mərkəzlərin yaranmasına baxmayaraq, ağciyər xərçəngi əksər hallarda xəstəliyin III-IV mərhələsində aşkar edilir. Şişin inkişafının erkən mərhələsində xəstənin ümumi halında elə bir dəyişiklik törənmədiyindən xarici baxımdan xərçəng şişinə xarakter əlamətlər nəzərə çarpmır. Lakin xəstəliyin gec mərhələsində bir çox ümumi əlamətlərin meydana çıxması xəstəliyin tanınmasında nisbi əhəmiyyət kəsb edə bilir. Xəstənin rəngi avazıyır, arıqlayır, patoloji prosesə müvafiq tərəfdə körpücükaltı və körpücüküstü nahiyələr ağciyərin həmin tərəfdə atelektazı nəticəsində çökür, bununla əlaqədar döş qəfəsinin asimmetriyası və s. əlamətlər nəzərə çarpır.

Bəlğəmin sitoloji müayinəsi

Bəlğəmin sitoloji müayinəsinin diaqnostik əhəmiyyəti böyükdür. Müəyyən edilmişdir ki, 5-6 gün ərzində aparılan sitoloji müayinə nəticəsində bəlğəmdə 85-87% hallarda xərçəng toxuması elementlərini tapmaq olur. Xərçəngin mərkəzi lokalizasiyasında bu göstərilən faiz daha da artıqdır. Lakin qeyd etmək lazımdır ki, xərçəng üçün xarakter olan atipik epitel toxuması elementlərinin bəlğəmdə tapılması halları ağciyərin iltihabi xəstəliklərində də ola bilir və bu, 10-15% hallarda təsadüf edilir. Belə bir vəziyyət, eləcə də şiş hüceyrələrinin xərçəngin gec mərhələsində bəlğəmə keçməsi və bu müayinə metodunun təşkilində olan çətinliklər onun diaqnostik əhəmiyyətini azaldır.

Ağciyər xərçənginin diaqnostikasında rentgenoloji, KT müayinələri əsas və obyektiv metodlardan sayılır. Ağciyər xərçənginin rentgenoloji təsviri onun klinik gedişi kimi öz müxtəlifliyi və mürəkkəbliyi ilə fərqlənir və aşağıdakı xüsusiyyətlərdən asılı olur:

  1. şişin lokalizasiyasından (mərkəzi və ya periferik) və anatomik inkişaf formasından (düyünlü, infiltrativ, şaxələnmiş);
  2. köks boşluğu daxilindəki metastazlardan;
  3. ikincili patoloji dəyişikliklərin – atelektaz, pnevmonit, bronxoektaz, pnevmoskleroz, plevrit və s. olmasından.

Ağciyər xərçənginin diaqnostikası – Müasir metodlar

Ağciyər xərçənginin rentgenoloji müayinəsində bir çox metodlar tətbiq olunur. Qeyd etmək lazımdır ki, burada döş qəfəsinin bir çox istiqamətlərdə aparılan rentgenoloji müayinəsi daha çox əhəmiyyət kəsb edir. Diaqnozun təyinində KT-nin əhəmiyyəti daha böyükdür. Bu metodla nəinki endobronxial, eləcə də peribronxial inkişaf edən şişləri və limfa düyünlərindəki dəyişiklikləri aşkar etmək olur. Şişin infiltratlaşmış ağciyər toxuması, birləşmələr və eksudatla örtüldüyü hallarda tomoqrafiya patoloji prosesin xarakterini aydınlaşdırmağa imkan verir. Şişin periferik lokalizasiyasında tomoqrafiya nəticəsində patoloji kölgənin struktur xüsusiyyətlərinin əldə edilməsi (kölgənin eyni dərəcədə sərtliyi, dalğaşəkilli konturu və kənarlarının kiçik nahamarlığı) diaqnozun düzgün qoyuluşu üçün kifayətdir. Şişin lokalizyasmdan asılı olaraq onun rentgenoloji şəklində bir sıra xüsusiyyətlər aydınlaşdırılır. Mərkəzi, xüsusilə endobronxial xərçəngdə əgər şiş kütləsi bronxun mənfəzinə sallanaraq havanın xaricə çıxmasına maneçilik törədirsə, ağciyərin müvafiq sahəsində emfizema müəyyən edilir. Əgər şiş bronxun mənfəzini tutarsa, rentgenoloji müayinədə atelektaz görünür. 

  • Rentgenoloji müayinənin əsas məsələlərindən biri də köks boşluğu daxilində metastazların olub-olmamasını müəyyən etməkdir. KT metodu ilə ağciyər qapısı və di varara lığında yerləşən limfa düyünlərində olan dəyişikliyi çox dəqiqliyi ilə aydınlaşdırmaq mümkün olur.

Fibrobronxoskopiya

Müasir fibrobronxoskopların klinikada tətbiqi diaqnostik imkanları xeyli artırmışdır. Məlumdur ki, ağciyər xərçəngi ən çox yuxarı payların seqmentar bronxlarından inkişaf edir və bu sahə ancaq fibrobronxoskopların köməyi ilə görünür. Bu cihazın hərəkətli distal ucunu seqmentar bronxlar səviyyəsinə qədər yeritməklə onun subseqmentar şaxələrini və buradakı dəyişikliyi görmək olur. Fibrobronxoskopiya zamanı müxtəlif üsullarla aparılan biopsiya patoloji prosesə uğramış toxumaların morfohistoloji xüsusiyyətlərini öyrənməyə imkan verir.

Ağciyər xərçənginin diaqnostikasında tətbiq olunan digər metodlardan angiokardiopnevmoqrafiyanı, torakoskopiyanı, MR, izotopla müayinə metodunu, plevral punksiyanı, onkomarkerlərin immunoloji müayinəsini qeyd etmək olar. Punksiya zamanı plevra boşluğunda eksudatın olması şiş prosesinin inoperabel mərhələdə olduğunu göstərir. Plevra boşluğunda eksudat seroz, seroz-irinli və hemorragik ola bilir. Hemorragik ekssudat şiş üçün daha xarakterikdir.

Göstərildiyi kimi, ağciyər xərçənginin diaqnozunun qoyulması xüsusilə xəstəliyin erkən mərhələsində asan olmur və bir sıra xəstəliklərlə differensasiya aparılması lazım gəlir. Belə ki, ağciyər mərkəzində yerləşən xərçəngi ağciyərin infiltrativ, fibroz-kavemoz vərəmi, pnevmoniya, plevrit, bronx adenoması, abses və s. xəstəliklərdən, şişin periferik lokalizasiyalarında isə ağciyərin bir sıra xoşxassəli şişləri (adenoma, fibroma və s.) ilə yanaşı, metastaz şişlərindən differensasiya etmək lazımdır. Əlbəttə, differensial diaqnostikanın aparılması üçün həkimin arsenalında olan bütün diaqnostika metodlarının bir xəstədə tətbiq olunması lazım deyil. Hazırkı dövr üçün xarakter olan diaqnostik müayinə metodlarının təkmilləşməsi və alman nəticənin dərinliyi, dolğunluğu və müayinə metodlarının səmərəli seçilməsi diaqnozun qoyulmasına imkan verir.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top