skip to Main Content
Bronxoektaziya

Bronxoektaziya

Bronxoektaziya nədir?

Bronxoektaziya bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir çox şişlərin) nəticəsi kimi ikinci olaraq inkişaf edir. Bronxların patoloji genişlənməsi sərbəst bir xəstəlik kimi də meydana çıxa bilər. Bronxoektaziyanın əmələ gəlməsi üçün əsas şərtlərdən biri bronxun tıxanması və infeksiyanın olmasıdır. Prosesin ağciyərlərdə lokalizasiyası birtərəfli və ya ikitərəfli ola bilər. Bıonxoektaziyajllərlə davam edən və vaxtaşırı kəskinləşən xəstəlikdir.

Bronxoektaziyanın əlamətləri və diaqnostikası

Xəstəliyin gedişi daima öskürəklə olub, sutka ərzində 50-100 ml (bəzən daha çox) selikli və ya selikli-irinli bəlğəmin xaric edilməsi, qanhayxırma, prosesiqjcəskinləşməsində isə temperaturun yüksəlməsi kimi əlamətlər olur.

Xəstəliyin diaqnostikasında klinik əlamətlərin nəzərə alınması ilə yanaşı, rentgenoloji müayinəni (ağciyərin rentgenoskopiyası, rentgenoqramması, bronxoqrafiya və s.) və bronxoskopiyanı qeyd etmək lazımdır.

Bronxoektaziyanın müalicəsi

Konservativ müalicə orqanizmin ümumi müqavimətini artırmaqdan, bronxların sanasiyası və antibiotiklərin tətbiqindən ibarətdir. Muasır endoskopik aparatların tətbiqi ilə bronxların bir neçə dəfə sanasiyası – yuyulması və dərman preparatlarının bilavasitə yerli tətbiqi bu xəstəliyin müalicəsində müalicəsində müsbət nəticə verir. Patoloji prosesin proqressiv inkişafı, tez-tez kəskinləşməsi radikal operativ müalicənin aparılmasına göstərişdir. Əməliyyatın həcmi əksər halda ağciyərin prosesə cəlb edilmiş hissəsinin rezeksiyasından ibarət olur. Hər iki ağciyər patologiyaya uğradıqda operativ müalicə aparmaq qeyri-mümkün və ya çox çətin olur.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top