(050) 501 70 05 info@agciyer.az Modern Hospital
Cəmil Ələkbərov

OP. DR. CƏMİL ƏLƏKBƏROV

Torakal cərrah

Telefon: (050) 501 70 05
Mail: info@agciyer.az
Ünvan: Modern Hospital

TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

Ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov ilk ali təhsilini Azərbaycan Tibb Universitetində almış, daha sonra Rusiya Federasiyasının Kazan şəhərində ixtisasını təkmilləşdirmişdir. Rusiyanin və dünyanın bir neçə şəhərlərində konfranslarda çıxışlar etmiş, təkmilləşdirmə kurslarında iştirak etmiş, cərrahiyyənin son nəaliyyətlərini Bakı şəhərinə qayıdaraq burada tətbiq etməyə başlamışdır. Aspirantura təhsilini uğurla bitirərək Azərbaycan respublikasının Rusiyadakı səfirliyi tərəfindən mükafatla təltif olunmuşdur. 30-dan çox elmi məqaləsi vardır. Əsasən Endoskopik Torakal Cərrahiyyə üzrə fəaliyyət göstərməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmişdir. Dr. Cəmil Ələkbərov həmçinin Ağciyər Cərrahiyyə Mərkəzinin təsisçisi və həmçinin bu qurmuş olduğu mərkəzin hal-hazırda rəhbəridir.

TƏHSİLİ

1986 – 1997 Orta təhsilini Beyləqan rayonu, Şərq qəsəbə orta məktəbində almışdır.
1998 – 2004 Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir.
2004 – 2006 Rusiya Federasiyası, Kazan Dövlət Tibb Üniversitetində Torakal cərrahiyyə üzrə Kliniki Ordinatura keçmişdir.
2006 – 2009 Kazan Dövlət Tibb Akademiyası Torakal cərrahiyyə üzrə Aspirantura oxumuş, dissertasiyanı vaxtından əvvəl bitirərək. səfirlik tərəfindən mükafatla təltif olunmuşdur.

İŞ TƏCRÜBƏSİ

2009-cu ildən Ağciyər Xəstəlikləri İnistitutunda Torakal cərrahiyyə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmaqdadır.
2011-ci ildən Modern Hospitalda torakal cərrah kimi fəaliyyət göstərməkdədir.

SERTİFİKATLAR