skip to Main Content
Exinokokkun Diaqnostikası Və Cərrahi Müalicəsi

Exinokokkun diaqnostikası və cərrahi müalicəsi

Post Series: Ağciyərdə Exinokkok - Exinokokkoz xəstəliyi

Exinokokkozun diaqnostikası

Ağciyər exinokokku diaqnozunun qoyulmasında əsas yeri rentgenoloji müayinə tutur. Ağciyərin işıqlı fonunda oval və ya dairəvi şəkildə homogen və intensiv kölgəliyin alınması, bu kölgəliyin kənarlarının hamarlığı ağciyərdə exinokokk sistinin olmasını göstərir. Belə xarakter əlamətlər sist mayesinin sıxlığı və ağciyər toxumasına təzyiqin bərabər olmasından asılıdır. Exinokokk sistinin bronxa açılmasında boşluğun və boşluq daxilində üfüqi maye səthinin olması ayırd edilir.

Ağciyər exinokokkozunun differensial diaqnostikasında ağciyər vərəminin, retrosternal zobun, ağciyərin qeyri-parazitar və dermoid sistlərinin, aortanm anevrizmasınm, ağciyər xərçənginin və başqa şişlərin ola biləcəyini nəzərə almaq lazımdır.

Exinokokk müalicəsi

Ağciyər exinokokkozunun müalicəsi cərrahi yolladır.

Əməliyyata əks göstəriş çox az hallarda ürək-damar sisteminin gərgin və ağır pozulmaları ilə əlaqədar olur.

Torakotomiyanın hansı səviyyədə aparılması exinokokk sistinin yerləşməsindən asılıdır. Exinokokk sistinin yuxarı və orta ağciyər paylarında olduğu halda, döş  qəfəsinin 2-ci, 3-cü qabırğaarası nahiyəsində ön kəsiyin, aşağı payda olduğu hallarda isə 4-5-6-cı qabırğaarası sahədə arxa-lateral kəsiyin aparılması məsləhətdir.

Ağciyərdə exinokokk sistinin uzun müddət böyüməsi nəticəsində (xüsusilə onun irinləməsində) plevra boşluğundakı birləşmələr bəzən onun tam tutulmasına səbəb olur. Müasir endotraxeal narkozun tətbiqi və ağciyər cərrahlığının inkişafı birləşmələrlə əlaqədar meydana çıxan texniki çətinliyi azaldır və adətən, radikal əməliyyat mümkün olur. Hidatidoz sistin çıxarılması bu birləşmələrin ancaq sist nahiyəsində ayrılmasını tələb edir. Lakin ağciyərin rezeksiyasmda əməliyyatdan sonrakı dövrdə ağciyərin qalan paylarının ekskursiyasının məhdudlaşmaması üçün birləşmələrin avnlması lazım gəlir,

Exinokokk sistinin çıxarılmasında əməliyyatın əsas mərhələsi olan pnevmotomiya aparılır. Sistin ağciyər daxilində ^yerləşməsini və onun lokaİizasiyasını müəyyənləşdirmək üçün ağciyər ehtiyatla əllənməlidir ki, sist partlamasın.

Əməliyyat iki tipdə aparılır: exinokokktomiya və exinokokkektomiya.

  • Exinokokkotomiya əməliyyatı sistin irinləməsində və xəstənin ümumi vəziyyətinin_ağırlığı radikal əməliyyata imkan vermədiyi hallarda aparılır. Exinokokkotomiya birmomentli və ya ikimomentli aparıla bilər. Plevral birləşmələr Qİmadıqda və irinli prosesin plevra boşluğuna yayılma qorxusu olduqda əməliyyat ikimomentli aparılır. Belə halda birinci əməliyyatda sist nahiyəsində ağciyər toxuması döş  divarına tikilir və bir neçə gündən sonra (döş  divarı ilə sist nahiyəsi arasında birləşmələr əmələ gəldikdən sonra) sist yarılır və möhtəviyyat boşaldılır. Lakin bu əməliyyatın bir çox mənfi cəhəti vardır. Fistulanın əmələ gəlməsi, ikincili qanaxma qorxusu, daxili orqanların amiloidozunun inkişafı, exinokokkozun residivi və s. hallar əməliyyata göstərişi azaldır.
  • Exinokokkektomiya əməliyyatı açıq və qapalı aparılır. Ağciyər səthinə yaxın yerləşmiş nisbətən kiçik sistlərdə qapalı “ideal exinokokkektomiya”mn aparılması mümkün olur. Bu zaman sistin üzərini örtən nazik ağciyər toxuması və fibroz kapsul ehtiyatla kəsilir, sist xitin membranmm tamlağım pozmamaq şərtilə tam çıxarılır. Lakin böyük və dərində yerləşən hidatidoz sistlərin qapalı çıxarılması çətin olur və açıcLexinokokkektomiya aparmaq lazım gəlir. Qoyulmuş provizor tikişlər arasında ağciyər toxuması kəsilir, exinokokk sistinin möhtəviyyatı elektrik somcusu ilə boşaldılır (xitin membranın çıxarılması ilə). Əməliyyatın sonrakı mərhələsi ağciyər toxumasında əmələ gəlmiş defektdən, ağırlaşmalardan və s. səbəblərdən asılı olur.

Hər iki əməliyyatda (açıq və qapalı) əməliyyat sahəsinin xlorheksidin məhlulu ilə islanmış tamponlarla izolyasiya edilməsi vacibdir. İstər açıq, istərsə də qapalı exinokokkektomiyadan soma qalmış, fibroz kapsul ilə əhatə olunmuş boşluğun bağlanması və ya çıxarılması boşluğun böyüklüyündən, lokalizasiyasından, bronxlarla əlaqəsinin olub-olmamasından və s. asılıdır. Burada bir neçə operativ metodlar tətbiq olunur ki, bunlardan da ən əsası boşluq divarlarının tikilməsidir. Qeyd etmək lazımdır ki, dərində yerləşmiş və böyük sist boşluğunun divarım tikmək asan olmur.

Ağciyərin rezeksiyası

Ağciyər exinokokkozunda ən çox tətbiq olunan əməliyyat ağciyərin rezeksiyasıdır. Rezeksiyamn həcmi hidatidoz sistin böyüklüyündən və sayından asılıdır. Ağciyərin bu və ya digər hissəsinin çıxarılmasından asılı olaraq müxtəlif əməliyyatlar (kənari, seqmentar rezeksiyalar, lobektomiya və pnevmoektomiya) tətbiq edilir. Ağciyər səthində yerləşən kiçik sistlərdə ağciyər kənarının sist ilə birlikdə rezeksiyası asanlıqla aparılır və radikal əməliyyat sayılır. Sist bir seqment sahəsində yerləşdikdə (xüsusən, o irinlədikdə) zədələnmiş ağciyər seqmenti çıxarılır. Ağciyərinı bir payında çoxlu sist olduqda, irinlədikdə və iltihabi proses bütün paya yayıldıqda lobektomiya aparılır.

Ağciyər exinokokkozunda bəzən pnevmektomiya aparmaq lazım gəlir. Ağciyərdə bir neçə böyük hidatidoz sistin olması, irinli prosesin geniş yayılması və ağciyərin funksional çatmamazlığı bu əməliyyata göstərişdir. Lakin pnevmoektomiya əməliyyatı üçün əsas amillərdən biri digər ağciyərin sağlam olmasıdır. Beləliklə, qeyd etmək lazımdır ki, bu və digər əməliyyatın seçilməsi bir çox amillərdən asılıdır. Exinokokkektomiya əməliyyatının radikallığı, texniki nöqteyi- nəzərdən sadəliyi və geniş yayılması bu əməliyyatın daha məqsədəuyğun olduğunu göstərir.

Başqa sahələrdə olduğu kimi, ağciyər exinokokkozunda da əməliyyatdan sonra bir çox ağırlaşmalar meydana çıxa bilər. Bunlardan bronxial fistulanın əmələ gəlməsini, plevranm empiemasmı, qanaxmanı, ağciyər absesi və ya qanqrenasmı, döş  qəfəsinin irinləməsini qeyd etmək olar. Bu ağırlaşmalar əməliyyatdan sonrakı dövrdə xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur və bir çox hallarda təkrar əməliyyatlar etmək lazım gəlir.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top