skip to Main Content
Plevrit Xəstəliyinin Müasir Cərrahi Müalicəsi

Plevrit xəstəliyinin müasir cərrahi müalicəsi

Post Series: Plevrit xəstəliyi

Plevrit xəstəliyinin müalicəsi nədən ibarətdir?

Müalicəsi aşağıdakılardan ibarətdir:

  1. İrinin xaric edilməsi;
  2. Köks boşluğunda normal fizioloji vəziyyətin bərpa edilməsi;
  3. İntoksikasiyanın aradan qaldırılması.

Müalicə prosesində orqanizmin ümumi vəziyyəti, xəstənin yaşı, irinli plevritə səbəb olan əsas xəstəliyin xarakteri, infeksiyanm növü və onun antibiotiklərə olan həssaslığı, prosesin lokalizasiyası, tətbiq olunan müalicənin həcmi və s. amillər nəzərə alınmalıdır. Hazırkı dövrdə irinli plevritin müalicəsi konservativ metoddan, plevral punksiyadan və irinin xaric edilməsindən başlayır (qapalı müalicə metodu). Məlumdur ki, xəstəliyin erkən dövründə aparılan əməliyyat geniş pnevmotoraksa. bununla əlaqədar ağciyərin sıxılması və infeksiyanm plevra boşluğunda geniş yayılmasına səbəb ola bilir. Belə hallarda ölüm faizi də yüksəkdir. Digər tərəfdən isə operasiyadan sonrakı dövrdə irinli plevriti əmələ gətirən əsas səbəbin (pnevmoniyanın) kəskinləşməsi və xəstənin vəziyyətinin daha da ağırlaşması üçün şərait yaranır. Bu səbəbdən müalicənin punksiya metodu ilə başlanması məqsədəuyğun sayılır.

Plevra boşluğundan irinin xaric edilməsi və antibiotiklərin yeridilməsi üçün punksiya arxa qoltuqaltı və ya orta kürək xətləri üzərində, yeddinci və səkkizinci qabırğarası sahədə aparılır. Köks divarının müvafiq tərəfi spirt və yodla təmizləndikdən sonra nəzərdə tutulan punksiyanm yerində dəri və yumşaq təbəqələr novokain məhlulu ilə keyləşdirilir. Punksiya 10-12 sm uzunluqlu rezin boru ilə calaşdırılmış uzunluğu 6-8 sm olan yoğun iynə ilə aparılır. İynə qabırğanın yuxarı kənarı ilə 4-5 sm dərinliyə – plevra boşluğuna yeridilir. Bu zaman iynənin ucuna calaşdırılmış rezin boru sıxacla bağlanmalıdır. Rezin borunun sərbəst ucuna 10 ml və ya 20 ml həcmli şpris taxılır, sıxac açılır yə şprislə irinin plevra boşluğundan sorulması başlanır. Hər dəfə şprisi boşaltmaq üçün onu rezin borudan ayırmamışdan əvvəl sonuncu sıxacla bağlanmalıdır ki, hava emboliyası üçün şərait yaranmasın. Punksiyanm sonunda plevra boşluğuna lazımi antibiotik yeridilir. Hər gün və ya günaşırı aparılan punksiya nəticəsində irinin plevra boşluğundan çıxarılması və antibiotiklərin yeridilməsi əksər hallarda xəstələrin sağalmasına səbəb olur.

Plevra boşluğunda yaranmış artıq mənfi təzyiq ağciyərin genişlənməsinə, abses boşluğunun kiçilməsinə və irinin plevra boşluğuna axmasının kəsilməsinə səbəb olur. Xəstə tənəffüs gimnastikası etdikdə və rezin balonu üfürərək doldurduqda terapevtik nəticə daha yaxşı olur. Əgər göstərilən punksion və .qapalı drenaj metodları ilə total, yaxud məhdudlaşmış irinli plevritin müalicəsi mümkün olmazsa, o zaman torakotomiya aparmaq lazımdır. Əməlivvatm mahiyyəti plevra boşluğunun yoxlanmasından, irin və fıbrin kütləsinin, sekvestrasiya olmuş toxumaların xaric edilməsindən, döş qəfəsi divarının yarasının plevra boşluğuna qovulmuş drenaj ətrafında qapalı tikilməsindən ibarətdir. Drenajın digər ucu aspirasiya üçün yuxarıda göstərilən vakuumyaradıcı cihazlarla birləşdirilir.

İrinli plevritlə yanaşı bronxial fistula olduqda aparılan müalicə konservativ və operativ metodlardan ibarətdir. Konservativ müalicədə məqsəd adi empiema növlərində olduğu kimi, plevra boşluğundan punksiya və ya qapalı drenajın qoyulması ilə irinin tam xaric edilməsindən, daimi aspirasiya aparılmasından və antibiotiklərin yeridilməsindən ibarətdir. Operativ müalicədə – bronxların tamponadası, yaxud eyni zamanda bronx güdülünün reamputasiyası nəzərdə tutulur. Xəstənin vəziyyəti ağır olduğundan bu əməliyyatlar çətinlik törədir. Bəzən ağciyərin rezeksiyası lazım gəlir. Proses ikitərəfli olduqda ona qarşı aparılan tədbirlər də ikitərəfli olur.

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05

Back To Top