(050) 501 70 05 info@agciyer.az Modern Hospital
Pnevmotoraks

Pnevmotoraks – Döş qəfəsi zədələnmələri

Pnevmotoraks nədir?

Pnevmotoraks – plevral boşluqda döş qәfәsinin divarı vә ağ ciyәr arasında döş qәfәsinin vә ya ağ ciyәrin travmasıyla bronx budaqlarından birinin zәdәlәnmәsi nәticәsindә havanın әmәlә gәlmәsidir.

  • Döş qәfәsinin travmalarını almış xәstәlәrin tәxminәn 50%-dә döş qәfәsi divarının zәdәlәnmәsi müәyyәn edilir. Bunların 10% kiçik, 35% iri vә 5% isә qabırğa sınıqları ilә nәticәlәnәn döş qәfәsi zәdәlәnmәlәri tәşkil edir. Döş qәfәsi travmaları heç dә hәmişә aydın-aşkar olmur vә ilkin müayinәlәrdә bәzәn gözdәn qaçmış olur. Başqa travmalarda olduğu kimi döş qәfәsinin travmaları da 2 formada olur – qapalıaçıq. Fәsadlaşmış travmalardan döş qәfәsi üçün aşağıdakılar daha tipikdir.
  1. Qabırğaların sınması.
  2. Ağ ciyәr toxumasının zәdәlәnmәsi.
  3. Döş boşluğuna (plevra boşluğuna) hava vә qanın axması.

Pnevmotoraksın sәbәlәri nәdir?

Döş qәfәsinin qapalı travması:

  • qabırğa sınıqları ilә ciyәrin zәdәlәnmәsi;
  • döş qәfәsinin açıq travması: dәlib keçәn yaralar;
  • yatrogen zәdәlәr (müalicәvi vә ya diaqnostik müdaxilәnin fәsadı):
  • körpücük sümüyü altındakı damarın kateterizasiyasına cәhd edәrkәn, plevral punksiya zamanı;
  • spontan pnevmotoraks; • qeyri-spesifik pnevmotoraks:
  • bullaların partlaması (ocaqlı bullyoz emfizema), kistaların açılması, ağ ciyәr absesinin plevral boşluğa açılması (piopnevmotoraks), qida borusunun spontan partlaması;
  • vәrәm mәnşәli pnevmotoraks:
  • kavernanın açılması, kazeoz ocaqların partlaması;

Döş boşluğuna havanın keçmәsinә pnevmotoraks deyilir. Qanın dolmasına isә hematoraks deyilir. Әgәr hәr ikisi bir yerdә olarsa (yәni hәm hava, hәm dә qan) buna hemopnevmatoraks deyilir.

Pnevmotoraksın әtraf mühitlә әlaqәsinә görә növlәri:

Qapalı pnevmotoraks – plevral boşluğa hava daxil olur, lakin çoxalmır. Әtraf mühitlә әlaqә yoxdur deyә, havanın sonrakı daxil olması kәsilir. Pnevmotoraksın әn yüngül növü sayılır, çünki hava potensial olaraq tәdricәn öz-özünә plevral boşluqdan sorula bilәr, nәticәdә ağ ciyәr öz formasına qayıdır.

Açıq pnevmotoraks – döş qәfәsindә әtraf mühitlә rahat әlaqәsi olan dәliyin mövcudluğu nәticәsindә plevral boşluqda atmosfer tәzyiqә bәrabәr olan tәzyiq yaranır. Bu halda ağ ciyәr sıxılır, çünki onun öz formasında qalması üçün әn vacib şәrt – plevral boşluqda mәnfi tәzyiqdir. Sıxılmış ağ ciyәr tәnәffüsdә iştirak etmir, onun daxilindә qaz mübadilәsi baş vermir, qan oksigenlә zәnginlәşmir. Açıq pnevmatoraksda hava plevra boşluğuna tәnәffüs aktına uyğun olaraq hәm daxil olur, hәm dә xaric olur. Bu da xәstәnin vәziyyәtini ağırlaşdırır. İlk yardım: Yaraya qalın aseptik sarğı qoyub plevra boşluğuna daha hava gәlmәyә qoymamaq vә xәstәni tәcili sürәtdә cәrrahiyә şöbәsinә çatdırmaqdır. Onu nәqliyyatda oturaq vәziyyәtdә qoyurlar. Ehtiyac varsa şoka qarşı dәrman vurulur.

Qapaqlı (“gәrgin”) pnevmotoraks – plevral boşluqda havanın proqressivlәşәn yığılması. Bir tәrәfli olaraq (ağ ciyәr vә ya әtraf mühitdәn plevral boşluğa) hava buraxan qapaqlı strukturun әmәlә gәlmәsi nәticәsindә, hava boşluqdan geri çıxa bilmir. Hava nәfәs alma zamanı daxil olur, nәfәs verdikdә isә, özünә geriyә yol tapmayaraq, boşluqda qalır. Qapaqlı pnevmotoraks üçün triada xarakterdir:

  • ağciyәrin tәnәffüs prosesindәn çıxarılmasına, habelә plevranın sinir sonluqlarının qıcıqlandırılmasına vә plevropulmonal şokla nәticәlәnәn müsbәt plevradaxili tәzyiq;
  • divararası orqanlarının davamlı yer dәyişmәsi, hansı ki, ilk öncә iri damarları sıxaraq orqanların funksiyalarını pozur;
  • kәskin tәnәffüs çatışmazlığı. levral boşluqdakı havanın hәcmindәn vә ağ ciyәrin çökmәsi dәrәcәsindәn asılı olaraq, tam vә ya hissәvi pnevmotoraks.

Ilkin yardım göstәrilmәdikdә ikitәrәfli tam pnevmotoraks tәnәffüs funksiyasının kritik pozulmasına görә sürәtli ölümlә nәticәlәnmәyә sәbәb olur.

Pnevmotoraksın simptomları:

Xәstәlik fiziki gәrginlikgәn, öskürәk tutmasından sonra vә ya görünәn sәbәb olmadan kәskin olaraq döş qәfәsindә güclü sancılı ağrılar başlayır, hansı ki, boyuna, qollara, bәzәn qarnın yuxarı hissәsinә yayılır, nәfәs alarkәn, öskürәrkәn vә ya döş qәfәsinin hәrәkәti zamanı artır, tәnәffüs çәtinliyi vә quru öskürәk olur. Xәstә tez-tez vә sәthi olaraq nәfәs alır, güclü tәngnәfәsliyi olur, “hava çatmamasını” hiss edir. Dәri örtüklәrinin solğunluğu vә ya göyәrmәsi (sianozu) olur, әsasәn dә üzün. Açıq pnevmotoraks zamanı xәstә zәdәlәnmiş tәrәfdә uzanır vә yaranın üstündәn bәrk sıxır. Yaranı müayinә etdikdә havanın sovrulması sәsi eşidilir. Yaradan köpüklü qan ifraz oluna bilәr. Döş qәfәsinin hәrәkәtlәri assimetrikdir. Fәsadlar. Tez-tez rast gәlir (50% hallarda).

Fәsadlara aiddir:

Ağciyәr toxumasının cırılması nәticәsindә plevradaxili qan axmalar, “riqid” ağ ciyәrin әmәlә gәlmәsiylә seroz-fibrozlu pnevmoplevrit, plevranın empiyeması (irinli plevrit, piotoraks). Qapaqlı (“gәrgin”) pnevmotoraks zamanı dәrialtı emfizema (dәri altında vә dәrialtı toxumada cüzi miqdarda hava yiğilması) әmәlә gәlә bilәr. Xәstәlәrin 15-50%-da pnevmotoraksın tәkrarlanması baş verir. Pnevmotoraks zamanı ilkin yardım. Pnevmotoraksdan şübhәlәndikdә dәrhal tәcili yardım çağırmaq vә ya hәkimә müraciәt etmәk lazımdır, çünki fovqәladә vәziyyәt, әsasәn dә qapaqlı pnevmotoraks olduqda, tәcili yardım göstәrilmәdikdә ölümlә nәticәlәnә bilәr. Әgәr açıq pnevmotoraksdırsa, onu, döş qәfәsinin açıq yarasına germetik hava keçirmәyәn sarıq (“ökklüzion sarıq”) qoymaqla, qapalı pnevmotoraksa çevrilmәk lazımdır. Mәsәlәn, bunu müşәmbәli materialdan vә ya zәdәlәnmәmiş germetik polietilen plyonkayla etmәk olar, qalın pambıq-tәnzif sarığı da uyğundur. Pnevmotoraksın müalicәsi: plevral boşluqdan havanı sovurmaqla pnevmotoraksın aradan qaldırılması vә boşluqda mәnfi tәzyiqin yaradılması. Qapalı pnevmotoraks müsbәt keçir vә tәdricәn sovrulur. Lakin bәzәn havanın çıxarılması üçün plevral punksiya lazımdır. Açıq pnevmotoraks ilkin olaraq qapalı pnevmotoraksa çevrilmәlidir (yәni yaranın germetik tikilmәsi vasitәsiylә әtraf mühitlә әlaqәsi kәsilmәlidir). Qapaqlı pnevmotoraks cәrrahi müdaxilә tәlәb edir.

Döş qәfәsi zәdәlәnmәlәri zamanı ilk yardım.

Döş sümüyü vә qabırğaların sınığı zamanı xәsarәt alan şәxsdә döş qәfәsi nahiyәsindә kәskin ağrı, nәfәs alma zamanı ağrının güclәnmәsi, öskürmә vә qolları yuxarı qaldırarkәn hәrәkәtin mәhdudluğu, nәfәs almanın çәtinlәşmәsi, döş qәfәsinin deformasiyası vә bәzi hallarda sınıq nahiyәsindә xırıltılar qeyd olunur. Sıxıcı sarğı qoyulduqdan sonra xәsarәt alanın vәziyyәti bir qәdәr yüngüllәşir. Döş qәfәsinin dәlib keçәn yaraları (odlu silah, kesici-deşici alәt vә s.) xәsarәt alanın hәyatı üçün daha ciddi problemlәr yarada bilәr. Döş qәfәsinin dәlib keçәn yaraları, hәyatı vacib orqanların zәdәlәnmәsi vә plevra boşluğuna havanın keçmәsi (pnevmotoraks) ehtimalı olduğuna görә, xüsusi tәhlükә kәsb edir. Plevra boşluğuna daxil olan hava döş qәfәsinә tәşyiq etdiyinә görә ürәyin vә ağ ciyәrlәrin fәaliyyәti çәtinlәşir. Bu sәbәbdәn zәrәçәkәn ağrıdan vә hava çatmamazlığından şikayәt edir. Dәri vә selikli qişaların rәngindә göyәrmә qeyd olunur. Havanın vә köpüklü qanın yaradan içәri keçmәsi nәticәsindә xәsarәt alan nәfәs aldığı zaman vızıltılı sәslәri eşidilir. Yaranın әtrafında şişkinlik әmәlә gәlir ki, bu da dәrinin altına havanın yığılmasına (dәrialtı emfizema) gәtirib çıxarır. Bu sәbәbdәn havanın plevra boşluğuna yığılmasının qarşısını almaq olduqca vacibdir. Bu mәqsәdlә yaranın üzәrinә aseptik sarğı, daha sonra pambıq-tәnzif yastıqcıqlar vә sıxıcı sarğı qoyulur. Döş qәfәsinin ağır zәdәlәnmәlәrindә tәnәffüsü çәtinlәşdirәn paltarların yaxası açılmalı (kәsilmәli), xәsәrәt alan xәrәyin üstünә uzadılaraq başı yuxarı qaldırılmalı, dizlәrinin altına yastıq qoyulmalıdır. Xәsarәt alan tәcili olaraq xәstәxanaya çatdırılmalı vә şok әleyhinә müvafiq tәdbirlәr görülmәlidir.

Sizi maraqlandıran əlavə suallarınız barədə bizə yaza bilərsiniz: Sual-cavab

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05