(050) 501 70 05 info@agciyer.az Modern Hospital
Qida Borusu Xərçəngi

Qida borusu xərçəngi nədir və əlamətləri

Qida borusu xərçəngi qida borusunun digər bədxassəli şişlərinin 95%-ni təşkil edir, bütövlükdə isə mədə-bağırsaq sistemində təsadüf edən xərçəng şişləri içərisində üçüncü-dördüncü yeri tutur. Yemək borusu xərçəngi orqanizmdə törətdiyi dəyişikliklərə və eləcə də müalicənin çətinliyinə görə tibbin ən ağır problemlərindən sayılır. Göstərilən çətinliklər bir çox obyektiv amillərdən asılıdır.

  • patologiyanın, adətən, yaşlı adamlarda təsadüf etməsi;
  • qida borusu mənfəzinin şiş kütləsi ilə tutulması nəticəsində xəstənin normal qidalanmasının pozulması. Xəstələrin həkimə müraciət etdikləri dövrdə nəzərə çarpacaq dərəcədə zəif olmaları;
  • keçməzlik olan nahiyədə toplanmış qida maddələrinin, tüpürcəyin requrqitasiya və ya qusma nəticəsində nəfəs yollarına keçməsi və bununla əlaqədar yeni ağırlaşmaların meydana çıxması;
  • patologiyanın əsas əlamətlərindən olan disfagiyanın meydana çıxdığı dövrdə xərçəng şişinin əksərən inoperabel olması;
  • radikal əməliyyatların texniki çətinliyi, xüsusi cərrahi kadrların hazırlanmasını, bu sahə də anestezioloj, reanimatoloji xidmətlərin yaradılmasını tələb edir.

Qida borusu xərçəngi üçün əsas risk faktorları, səbəbləri

  • siqaret çəkmə. Siqaret çəkməyənlərlə müqayisədə çəkənlər arasında qida borusu xərçəngi riski 2-4 dəfə artıqdır;
  • alkoqol, xüsusilə yüksək dərəcəli spirtli içkilərdən çox istifadə etmə halları;
  • qida maddələrində vitamin A, C və riboflavinin çatmamazlığı;
  • qida kanserogenləri (nitrozaminlər, atoksinlər). Kənd təsərrüfatı məhsul-larmın yetişdirilməsində pestisidlərin yüksək dozada tətbiq olunmasında qida maddələrinin hazırlanmasında-istehsalında.
  • yemək borusunun kimyəvi yanıqları. Qələvi tərkibli maddələrlə yanıqlardan bir neçə illər sonra xərçəng şişinin əmələ gəlməsi riski yüksək olur;
  • yemək borusunun axalaziyası. Yemək borusunun, xüsusilə aşağı 1/3 hissəsinin selikli qişasının eroziyalaşması, uzun müddət sağalmayan peptiki xoraların olması və çapıqlaşması kimi dəyişikliklər 10% hallarda xərçəng şişinin inkişaf etməsinə gətirib çıxara bilir;
  • Barret yemək borusu. Yemək borusunun selikli qişasında heterotopik birtəbəqəli silindrik epitel sahələrindən xərçəng şişmin inkişaf etməsi riski;
  • genetik faktorlar – son illər molekulyar biologiyanın sürətlə inkişafı və əldə edilən nailiyyətlər sayəsində bir çox xəstəliklərin yaranmasında, gedişində və xəstəliyin proqnozunun müəyyən edilməsində genetik faktorların, xüsusilə spesifik protein eskpressiyası və gen polimorfizminin rolu tədqiqatlarla sübut olunmuşdur. Genetik faktorların xərçəng şişinin əmələ gəlməsində iştirak etməsi və ya əsas səbəb olması istiqamətində aparılan elmi axtarışlar davam etdirilir. Bir sıra alınan nəticələr əsasında bu faktorun rolu perspektivli görünsə də, hələlik qəti qərara gəlmək tezdir.

Qida borusu xərçənginin əlamətləri

Birincili əlamətlərə disfagiya, daimi və ya udma aktı zamanı ağrı, isti xörəklərin qəbulunda yanma hissi, köks sümüyü arxasında ağırlıq hissi, tüpürcək ifrazınm artması, qəbul olunmuş qidanın qusma ilə geri qaytarılması aiddir. Disfagiya qida borus xərçənginin əsas əlamətləridən biri olub 70-95% xəstələrdə təsadüf edilir. İlk dövrdə (şiş yemək borusunun ancaq bir divarını tutduqda) udma aktının pozulması, adətən, bərk və tam çeynənilməmiş qidaların qəbulu ilə əlaqədar olur. Bu zaman qəbul olunmuş qidanın nəyəsə ilişib qalma hissi meydana çıxır, xəstə qidanın keçməsini su içməklə tezləşdirir. Xəstələrin səyinə (qidanın çox çeynənilməsi, su içmə və s.) baxmayaraq, disfagiya keçib getmir, qida qəbulundan sonra qusma baş verir. Udma aktının pozulması uzun müddət yeganə əlamət olaraq qalır. Disfagiya vaxtaşırı və ya ancaq kobud qidaların qəbulu ilə əlaqədar olduqda xəstələrin çoxunun ümumi vəziyyətində ilk dövrdə bir o qədər də nəzərə çarpan dəyişiklik görünmür. Bu dövrdə bəzi xəstələrdə arıqlama müşahidə olunur. Kliniki müşahidələr göstərir ki, disfagiya yemək borusu xərçənginin erkən simptomu sayıla bilməz, çünki udma aktının pozulması əksərən şişin inoperabel mərhələsində meydana çıxır.

Şişin gecikmiş mərhələsində yemək borusunda toplanıb qalmış qida maddələrinin çürüməsi yə şiş toxumasının parçalanması ilə əlaqədar olaraq xəstənin nəfəsindən pis qoxu gəlir. Qida borusu xərçənginin inkişafı ilə əlaqədar ağrı hissi iki tipli olur:

  1. Bilavasitə yeməklə əlaqədar və nisbətən az davam edən ağnnın meydana çıxması. Ağrı qida maddələri ilə şiş nahiyəsində iltihablaşmış yemək borusu divarlarının qıcıqlanması və ezofaqospazm ilə izah edilir.
  2. İnfeksiyanm və şişin divararalığı toxumaya yayılmasından doğan daimi küt ağrılar. Ağrılar bel və döş fəqərələrində metastazdan da asılı ola bilər.

Ümumi əlamətlər

İkincili və ümumi əlamətlərin meydana çıxması, adətən, qida borusu xərçəngi xəstəliyinin geniş yayılması və inoperabel mərhələ ilə əlaqədardır. Boynun limfatik düyünlərinin böyüməsi və qayıdan sinirin zədələnməsi nəticəsində səsin xırıltılı olması ikincili əlamətlər üçün xarakter haldır. Bir çox ümumi əlamətlər (proqressiv arıqlama, zəiflik, anemiya və s.) xəstənin ac qalmasından və orqanizmin intoksikasiyasından irəli gəlir. Xəstənin ümumi müqavimətinin zəifləməsi və infeksiyanın tənəffüs yollarına (aspirasion yolla) keçməsi nəticəsində ağciyər tərəfindən ağırlaşmalar meydana çıxır. Bəzən xəstəliyin ilk əlaməti anemiya olur. Belə hallarda disfagiya olmur, xəstəliyin mahiyyəti ancaq rentgenoloji müayinədə aşkar edilir. Xəstəliyin davametmə müddəti müxtəlifdir. Kəskin və ya sürətli kliniki gediş ancaq gənc yaşIärdäTəsadüf edilir. Yaşlılarda xəstəlik tədricən gedir və bəzən iki ilə qədər davam”edir.

Qida borusu xərçənginin müalicəsi

Yemək borusu xərçənginin müalicəsində cərrahi və şüa metoduna göstərişlər onkoloji (spesifik) və ümumi (qeyri-spesifik) ayırd edilir. Onkoloji əks-göstərişlər, əsas etibarilə, şişin köks qəfəsində regionar limfa düyünlərinə və ağciyər qapısına, uzaq orqanlara (adətən, qaraciyərə) metastazların olması ilə əlaqədardır. Qeyri-spesifik əks göstərişlər xəstənin vəziyyətini ağırlaşdıra bilən başqa orqanların və sistemlərin xəstəlikləri ilə əlaqədardır.

Əlavə suallarınız üçün bizə yazın: Sual-cavab

Dr. Cəmil Ələkbərov

Torakal cərrahı Op. Dr. Cəmil Ələkbərov Hər növ Açıq və Endoskopik Torakal Cərrahiyyə üzrə əməliyyatlar icra etməkdədir. Dr. Cəmil Ələkbərov Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmiş şəxsdir. Hal-hazırda Ağciyər Cərrahiyyə Mərkəzinin rəhbəridir.

Əlaqə nömrəsi: (050) 501 70 05